Yağlı, şirin və yüksək kalorili qidalar qan damarlarının elastikliyini pozur
09.03.2024 11:53

Bristol Universitetinin mütəxəssisləri yeni araşdırmada uşaqlıqda sağlam olmayan (şirin, yağlı, yüksək kalorili) qidaların qəbulunun ciddi mənfi nəticələrini müəyyən ediblər.

 

Aztibb.az xəbər verir ki, “British Journal of Nutrition” jurnalında dərc olunan məqaləyə görə, ekspertlər 4700 nəfərin iştirak etdiyi həmkarlarının əvvəlki tədqiqatının nəticələrini təhlil ediblər. Bu, ötən əsrin 90-cı illərində anadan olmuş valideynlər və uşaqların uzunmüddətli tədqiqatı idi.

 

Daha sonra eksperimentçilər yeni tədqiqatın başlanğıcında yaşı 17 və 24-ə çatmış könüllülərin orqanizmində arterial damar divarlarının qalınlığını və sərtliyini ölçüblər.

 

Məlum olub ki, pəhrizində yüksək kalorili, yağlı və şəkərli qidalar üstünlük təşkil edən yeddi və on yaşlı uşaqlarda yeniyetməlik dövründə arterial sərtliyə daha çox rast gəlinir.

 

Damar tonunun azalması zərərsiz deyil. Bu vəziyyətdə onlar qanı daha pis pompalayır, ürəyə və digər orqanlara oksigen, qida və digər faydalı elementlərin tədarükü səviyyəsini azaldır. Bundan əlavə, zədələnmiş damarlarda iltihab inkişaf edir, bu da müxtəlif ciddi patologiyalara, o cümlədən ürəktutma və infarktlara səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev