Yaşıl ərazilərdə yaşamaq osteoporoz riskini azaldır
09.03.2024 16:51

Çin alimləri tərəfindən aparılan yeni bir araşdırma, yaşıl ərazilərdə yaşayan insanların sümük sıxlığının daha yüksək olduğunu və osteoporozun inkişaf riskinin daha az olduğunu müəyyən edib.

 

Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, Çanşadakı Mərkəzi Cənub Universitetinin mütəxəssisləri təxminən 400 min britaniyalının iştirakı ilə araşdırma aparıblar. Onlar aşkar ediblər ki, osteoporozun aşağı nisbətləri və sümük sıxlığının artması yaşıl ərazilərdə havanın az çirklənməsi ilə nəticələnə bilər. Və çirkli hava iltihabı təhrik edir.

 

Ağaclar və digər bitkilər təbii filtr rolunu oynayır. Alimlər öz işlərində bir indikatordan - peyk şəkillərinin tədqiqi nəticəsində əldə edilən bitki örtüyünün normallaşdırılmış fərq indeksindən (NDVI) istifadə ediblər.

 

Məlum olub ki, NDVI-nin hər belə artması ilə sümük mineral sıxlığının artması və osteoporoz riskinin 5% azalması müşahidə olunur.

 

Yaşıl ərazilərdə azot dioksidi ilə havanın çirklənməsi də aşağı səviyyədə olur. Bu birləşmə oksidləşdirici stress, iltihab və hormonal balanssızlığa səbəb olur ki, bu da osteoporoz hallarının artmasına gətirir.

 

Nəhayət, fiziki fəaliyyət də skeleti gücləndirir, osteoporoz riskini azaldır və yaşıl yerlərdə yaşamaq bu imkanlardan daha çoxunu təmin edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev