Koksartrozun kök hüceyrə ilə müalicəsi - Qısa zamanda qalıcı nəticə almaq olur
09.03.2024 12:27

Koksartroz bud-çanaq oynağı qığırdağın zədələnməsi ilə gedən xəstəlikdir. Buna bud-çanaq oynağı duzlaşması, kirəcləşməsi də deyilr. Bud-çanaq oynağı xəstəliklər arasında oynağın iltihabı da əsas yerlərdən birini tutur.


Bud-çanaq oynağının protezlə əvəzlənməsində daha çox əməliyyatsız müalicələrə üstünlük verilir. Bir çox mütəxəssislər kök hüceyrə müalicəsini cərrahi əməliyyata alternativ müalicə olaraq qəbul edir.


Bu zaman kök hüceyrə xəstənin özündən alınır və zədəli oynağa köçürülür. Sümük iliyi və piy toxumas kök hüceyrə ilə zəngindir və təhlükəsiz olur. Milyonlarla kök hüceyrə alınır və aktivləşdirilərək bud-çanaq oynağına inyeksiya edilir. Nəticədə zədələnmiş qığırdaq bərpa olunur. Kök hüceyrə iltihab əleyhinə də təsiri vardır, beləliklə nəinki oynağı bərpa edir eyni zamanda oynaqdaxili iltihabı aradan götürərək regenerasiyanı daha da sürətləndirir.


Kök hüceyrə müaliəsi minimal invaziv və təhlükəsiz bir müalicə olub, oynaq bərpasına çox effektivdir. Hər hansı ağırlaşma vermir, allergiya, orqanizmin qəbul etməmə kimi riskləri yxdur. Xəstənin öz hüceyrələri olduğu üçün genetik koduna uyğun olur. SVF kök hüceyrə az diferensasiya etmiş hüceyrələr olduğu üçün xərçəng riski yoxdur.


Artrozlarda sümük iliyindən, yoxsa piydən alınan kök hüceyrə daha çox effektivdir?


Artrozun müalicəsində hər iki yola alınan kök hüceyrə effektivdir. Mərkəzimizdə həm piydən, həm də sümük iliyindən kök hüceyrə alınması və müalicəsi həyata keçirilir. Təcrübələr göstərmişdir ki hər iki kök hüceyrəni kombin etdikdə daha gözəl nəticələr əldə etmək mümkündür. Müəyyən hallarda mərkəzimizdə komin olaraq hər iki kök hüceyrə qarışdırılaraq köçürülür.


Kök hüceyrə müalicəsində qısa zamanda qalıcı nəticə almaq olur. Bu bir əməliyyat deyil, prosedurdur. Kök hüceyrə bir neçə saata alındıqdan sonra köçürülə bilir. İki gün sonra xəstə öz gündəlik fəaliyyətinə qayıda bilir. Gərgin fiziki aktivliklər: qaçmaq, tullanmaq, çöməlmək kimi hərəkətlər bir çox pasientlərdə 2-3 ay müddətində məsləhət görülmür. 3 ay sonra tam sərbəst fəaliyyət icazə verilir.


Xəstə bir neçə həftəyə nəticə görür. Əməliyyatdan fərqli olaraq heç bir ağırlaşması yoxdur, yaş məhdudiyyəti yoxdur. Kök hüceyrə oynaqda proliferasiyanı yaxşıaşdıraraq zədələnmiş qığırdağı bərpa edir. Kök hüceyrə böyük bir elmdir. Bir çox sahələrdə tətbiq edilir. 95% effektivliyi vardır. Əməliyyat stəməyən pasientlər üçün ideal müalicədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev