Fiziki fəaliyyət insulta nə qədər mane olur?
08.03.2024 14:29

Hətta aşağı səviyyədə fiziki fəaliyyət də insultun qarşısını ala bilir


İtaliyanın L'Aquila Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi bir qrup, asudə vaxtda hətta kiçik fiziki fəaliyyətin belə insult ehtimalını azalda biləcəyini müəyyən edib.


Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Neurology, Neurosurgery & Psychiatry” jurnalında dərc olunub.


Tədqiqatçıların araşdırması fiziki hərəkətliliyin müəyyən səviyyələri ilə insult riski arasındakı əlaqəni izləyən əvvəlki 15 tədqiqatın meta-analizi olub. Qeyd olunur ki, tədqiqatlarda ümumilikdə 752 000-dən çox yetkin könüllü iştirak edib.


Asudə vaxtda fiziki fəaliyyətin ürək-damar xəstəliklərinin inkişaf riskinə təsirini qiymətləndirən beş tədqiqatın məlumatlarının birləşdirilmiş təhlili göstərib ki, praktiki olaraq heç bir hərəkət etməmə ilə müqayisədə yüksək hərəkətlilik insult riskini 29% azaldır. Bununla belə, daha az həcmdə həyata keçirilən bəzi fəaliyyətlər (həftədə 150 dəqiqədən az) bu riski 18% azaldır.


Alimlər izah edbilər ki, hətta aşağı intensivlikli fəaliyyət (gəzinti, yavaş velosiped sürmə) ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır və uzun müddətdə insultun qarşısını almağa kömək edir. Bu səbəbdən heç bir növ fiziki fəaliyyətdən imtina etməməlisiniz.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev