8 Mart - psixologiya bu bayram haqqında nə deyir? Klara Setkin indiki sayaq təbriklərə sevinməzdi
08.03.2024 08:10

İlk növbədə, bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik! Sizə xoşbəxtlik, sevgi, sağlamlıq və yaxınlarınızdan diqqət arzu edirik!

Aztibb.az bu əlamətdar gün haqqında psixoloqların mülahizələrini diqqətinizə çatdırır.

8 Mart feminist qadınlar sayəsində təsdiqlənmiş bir bayramdır. Bunu xatırlamaq vacibdir. Bu qadınlar öz hüquqları uğrunda mübarizə aparanlardır.

Qadınların öz hüquqları, daha doğrusu kişilərlə eyni hüquqlar uğrunda mübarizə apardığı əsas tutaraq, qadınları bu gün münasibətilə təbrik etmək və həlim xasiyyətli, həssas və səmimi qalmalarını arzu etmək ən azı axmaqlıqdır. Klara Setkin yəqin ki, belə bir təbrikə heç də sevinməzdi.

Lakin bu gün kişilərin gül verməsini, xoş sözlər demələrini, ev işlərində köməklik etmələrini əksər qadın gözləyir...

Bir çox qadını ən çox təhqir edən şeyin nə olduğunu bilirsinizmi? Kişilərin qadınlara məişət əşyası hədiyyə etməsi. Və onlar təəccüblənirlər ki, arvadları niyə təzə tavadan, ağıllı ütüdən razı deyil?

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev