ATU tələbələri “Avropa Bilik Yarışı”nın qalibi olub
06.03.2024 14:23

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi və Gənc Avropa səfirlərinin birgə təşkilatçılığı ilə "Avropa Bilik Yarışı" keçirilib.

 

Avropa İttifaqı səfiri cənab Peter Mixalkonun rəsmi olaraq açdığı tədbirdə Belçika, İsveç, Almaniya, Fransa, Rumıniya və Slovakiyanın Azərbaycanda fəaliyyət göstərən səfir və diplomatları da iştirak ediblər.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, Azərbaycanın müxtəlif bölgələrindən olan 14-26 yaş arasında gənc istedadları bir araya gətirən yarışın məqsədi Avropa İttifaqı və ona üzv dövlətlərə dair biliklərin interaktiv şəkildə təşviq olunmasını dəstəkləmək, analitik bacarıqları inkişaf etdirmək, eyni zamanda, komanda işini gücləndirməkdir.

 

Müsabiqəyə Bakıdan və müxtəlif bölgələrdən ümumilikdə 300 nəfərin qatıldığı 72 komanda müraciət edib. Seçilmiş 65 gəncin təmsil olunduğu 18 komanda yarışda Avropa İttifaqı və onun üzv dövlətləri haqqında biliklərini nümayiş etdiriblər.

 

Yarışda Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi İntellektual Oyunlar Klubunun üzvlərindən ibarət "Sinaps" komandası ən yüksək nəticə göstərərək birinci yeri qazanıb.

 

“Avropa Bilik Yarışı”nda universitetimizi I Müalicə-Profilaktika fakültəsinin V kurs tələbəsi Arzu Musayeva, II Müalicə-Profilaktika fakültəsinin VI kurs tələbəsi Fərid Məmmədhüseynov, İctimai Səhiyyə fakültəsinin IV kurs tələbəsi Cavid Əhmədov və Stomatologiya fakültəsinin III kurs tələbəsi Mirleyla Ağayeva təmsil ediblər.

 

Qaliblərə mükafatlar Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev