FDA tərkibində PFAS olan qida paketlərinin satışını qadağan edir
07.03.2024 11:58

ABŞ Qida və Dərman Agentliyi (FDA) ABŞ bazarında PFAS (perfloroalkil ve polifloroalkil maddeler) ehtiva edən maddələrin qida ilə təmasını qadağan etdiyini açıqlayıb.

Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, bu qərar, qidada PFAS-ın əsas mənbəyini aradan qaldırmaq məqsədi daşıyır.

Kağız və karton qablaşdırmadan yağ və yağın sızmasının qarşısını almaq və suya davamlılığı təmin etmək üçün adətən PFAS tərkibli yağ keçirici maddələrdən istifadə edilir. Bu cür maddələr fast food qablarına, mikrodalğalı popkorn paketlərinə, karton qablara, ev heyvanları üçün qida paketlərinə və digər oxşar qablaşdırma materiallarına tətbiq edilir.

Agentlik qidaların kimyəvi təhlükəsizliyini təmin etmək və qidalarda istifadə üçün təsdiqlənmiş kimyəvi maddələri yenidən qiymətləndirmək üçün bazardan sonrakı təhlükəsizlik qiymətləndirmələrini aparmağa davam edəcək.

Bu, dəqiq risk müəyyənləşdirilməsini dəstəkləyəcək və bütün istehlakçılar üçün təhlükəsizliyi təmin edəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev