Hamilə qadınlara və uşaqlı böyüklərə siqaret almaq qadağan edilə bilər
08.03.2024 10:47

Rusiyalı politoloq hamilə qadınlara və uşaqlı böyüklərə siqaret satışının qadağan edilməsinə çağırıb.

Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, “Rusiyada hamilə qadınlara və uşaqlı böyüklərə tütün məmulatlarının satışı məhdudlaşdırılmalıdır”, – deyən politoloq Anton Orlov bu mövzuda məktubunu səhiyyə naziri Mixail Muraşkoya göndərib.

O, müraciətində xatırladıb ki, Rusiyada son bir neçə ildə tütün çəkmə və tüstünün uşaqlara təsirini azaltmaq üçün bir sıra aktlar qəbul edilib. Belə ki, siqaretin reklamı, piştaxtada tütün məmulatlarının açıq nümayişi, ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

Qeyd edib ki, bununla belə, tütün məmulatlarının pərakəndə satışında qeyri-müəyyən hallara yol verilir. O, onların arasında hamilə qadınlara siqaret satışını da əlavə edərək, siqaretin doğulacaq uşağın sağlamlığına zərər vurduğunu, onun fiziki, o cümlədən intellektual inkişafına mənfi təsir göstərdiyini vurğulayıb.

O, bu kateqoriyadan olan vətəndaşlara tütün və nikotin tərkibli məhsulların satışına qadağa qoyulmasını nəzərdə tutan federal qanunvericilik və qaydalara dəyişikliklərin edilməsini təklif edib.

Politoloq tütün məmulatlarının satışı ilə bağlı lövhələr yerləşdirən ticarət obyektlərinə də məhdudiyyət qoyulmasına çağırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev