Avstriyada koronavirus xəstələrinin sayının kəskin artması problemlər yaradır
03.11.2020 10:32

Avstriyada koronavirus xəstələrinin sayının kəskin artması ilə əlaqədar xəstəxanaların reanimasiya şöbələrində çarpayı çatışmazlığı yarana bilər.

 

Xarici KİV-lərin məlumatına görə, infeksiyanın sürətlə yayılması nəticəsində ötən bir həftə ərzində ölkənin xəstəxanalarında COVID-19-la əlaqədar xəstələrin sayı 62 faiz, reanimasiya şöbələrində yatan xəstələrin sayı isə 78 faiz artıb.

 

Səhiyyə naziri Rudolf Anşoberin təqdim etdiyi yeni məlumatlara əsasən, noyabrın 2-də yoluxma sayı 4135 olub. Hazırda 2161 nəfər xəstəxanalarda müalicə olunur, onlardan 336 nəfər reanimasiya şöbələrinə yerləşdirilib.

 

Nazirin sözlərinə görə, yoluxma bu sürətlə davam edərsə, reanimasiya şöbələrində vəziyyət kritik həddə çata bilər. Buna görə də hökumət və səhiyyə qurumlarının qarşısında duran əsas vəzifə noyabrın ortalarınadək bu trendin qarşısını almaq və virusun yayılmasını mümkün qədər səngitməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib