Alimlər Alzheimer xəstəliyini erkən aşkarlaya bilən süni intellekt hazırlayıblar
05.03.2024 15:50

Alimlər tüpürcəkdən götürülmüş nümunə ilə genetik testləri şərh edərək erkən mərhələdə Alzheimer riskini təyin edən süni intellektə əsaslanan texnologiya hazırlayıblar.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, TÜBİTAK 1003 - Prioritet Sahələr Ar-Ge Layihələrinə Dəstək Proqramı çərçivəsində tamamlanan layihədə ilk prototip həyata keçirilməkdəykən, klinik mərhələ də daxil olmaqla sonrakı mərhələlər də həyata keçiriləcək.

Tədqiqatı 10 ildir aparan alim son layihə ilə bağlı açıqlamalar verib.

ABŞ-da bioinformatika üzrə doktoranturasını bitirdikdən sonra Türkiyəyə qayıdan həkim Aydın Son tibb və süni intellekti birləşdirən tədqiqatlar aparır.

Riskli genetik profillər erkən mərhələdə aşkar edilir

Son illərdə bir çox xəstəliyin diaqnozunda genom araşdırmasının əhəmiyyətinə diqqət çəkən alim, araşdırmalarında genom tədqiqatla maşın öyrənməsini birləşdirdiklərini ifadə edib:

“Beynəlxalq işçi qrupları tərəfindən süni intellektdən istifadə etməklə yaradılmış 3 böyük məlumat dəstini təhlil edərək, biz erkən mərhələdə risk göstəriciləri ola biləcək genetik profilləri müəyyən edirik.

Bu genetik profilləri təsdiqləmək üçün inkişaf etdirdiyimiz texnikada iştirakçılardan tüpürcək nümunələri götürüb DNT-lərini təcrid edirik.

Biz xəstəlik riskini 1,5-2 dəfə artıran genetik dəyişiklikləri müəyyən etdik və qoruyucu ola biləcək variasiyaları da müşahidə etdik. TÜBİTAK layihəmiz çərçivəsində bütün bunları edə bilən molekulyar diaqnostika dəsti prototipi hazırladıq:

"Bu analizlərlə, xəstəliyin ən erkən mərhələsində yalnız yanağın içindən alınan bu nümunənin süni intellekt modelinə əsaslanaraq, insanların risk altında olub-olmadığını və ya Alzheimer xəstəliyinə qarşı qoruyucu genetik quruluşa sahib olub olmadığını həkimlərimizə bildirməyi hədəfləyirik."

"Biz həkimlərin diaqnozlarına dəstək olmağı hədəfləyirik. Klinik araşdırmalarımız başlayanda 65 yaşdan yuxarı "xatırlaya bilməmək" kimi əlamətlər göstərən insanlar bizə müraciət edəcəklər. Biz bu genetik analizləri edirik və xəstənizə əsaslanaraq qiymətləndiririk. Burada riski artıran və ya qorunma təmin edən faktorlar əsasında xəstənizin qiymətləndirilməsi aparılır. Belə xəstələr uzun müddət yəni 2-3 ildən sonra yenidən izlənilir. Bununla retrospektiv testimizin etibarlılığını yoxlaya biləcikəyik", - deyə alim bildirib.

Xəstəliyin erkən diaqnozu vacibdir

Aydın Son Alzheimerdə diferensial diaqnozla yanaşı erkən diaqnozun da əhəmiyyətinə diqqət çəkib: "Beyində meydana gələn degenerativ hadisələrin qarşısını ala bilməsək də, onları yavaşlatmaq üçün bəzi üsullar ədəbiyyata daxil oldu. Bu nöqtədə bizim araşdırmalar erkən diaqnozda böyük əhəmiyyət kəsb edir”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev