Leykemiya və limfoma "döyüşçü hüceyrələr"lə müalicə olunacaq
05.03.2024 12:48

Metastatik olan və standart müalicəyə cavab verməyən xüsusi leykemiya və limfoma qruplarında istifadə üçün şişləri tanımaq və məhv etmək qabiliyyətinə malik məhsulun hazırlanması üçün preklinik hüceyrə kulturası və heyvan tədqiqatları tamamlanıb.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyədə məhsulun leykemiya və lenfoma xəstələrində istifadəsi üçün faza 1 adlanan klinik tədqiqatlar 6 ay ərzində başlayacaq.

Tekirdağ Namık Kamal Universiteti Tibb Fakültəsi Hematologiya kafedrasının müdiri professor Burhan Turqut verdiyi açıqlamada hematoloji xərçəngin limfa toxuması və ya limfa sistemi xərçəngi olaraq təyin edildiyini bildirib.

Limfa sisteminin sümük iliyi, qaraciyər, dalaq və limfa düyünlərindəki bəzi ağ hüceyrə qruplarından ibarət olduğunu bildirən professor, bu sistemdəki orqanların ağ qan hüceyrələrinin olması səbəbiylə bədənin ən əhəmiyyətli müdafiə sistemini təşkil etdiyini vurğulayıb.

O, limfa düyünləri xərçəngi adlanan lenfomaların ən çox görülən hematoloji xərçənglər olduğunu, ikinci yerdə leykemiya və çoxlu miyelom növləri olduğunu bildirib.

Profesor diaqnoz və müalicədəki qabaqcıl üsullar sayəsində artıq hematoloji xərçənglərin böyük ölçüdə müalicəsinin mümkün olacağını deyib.

Son illərdə onkologiya sahəsində daha çox hematoloji xərçənglərin müalicəsində irəliləyişlərin olduğunu bildirən həkim, xüsusilə immun sisteminin gücləndirilməsinə əsaslanan immunoterapiyalarda uğurlu nəticələr alınmağa başladığını açıqlayıb.

Xalq arasında "ağıllı dərmanlar" olaraq bilinən fərdi hədəflənmiş müalicələrin də çox təsirli olduğunu ifadə edən professor qeyd edib ki, yenilikçi müalicələrdən istifadə edilən hematoloji xərçənglərdə yüzdə yüzə yaxın sağalma müşahidə edilir. ematoloji xərçənglərin təxminən yüzdə 95-i sağalır.

Hematoloji xərçənglərin müalicə xərclərinin yüksək olduğuna diqqət çəkən həkim buna qədər istifadə edilən dərmanların böyük ölçüdə xaricdən alındığını söyləyib.

Profesor yerli və milli istehsalın həm dərmana çıxış asanlığı, həm də xərclərin azaldılması baxımından böyük əhəmiyyət daşıdığına diqqət çəkib.

İnsanlarda klinik tədqiqatlara başlanılır

Müalicə prosesində xəstədən və ya donordan periferik qan hüceyrələrinin aferez adlı cihazla hüceyrələrin əmələ gəlməsi üçün toplandığını, toplanan hüceyrələrin daha sonra genetik cəhətdən dəyişdirilərək laboratoriya mühitində çoxaldılaraq keyfiyyətə nəzarət testləri edilənə qədər dondurulduğu bildirlib. Qeyd edib ki, bu hüceyrələrin geni dəyişdirilərək döyüşçü hüceyrələrə çevrilməsini təmin edən mərhələdir.

"Bu hüceyrələrin inkişafı mürəkkəb olduğu üçün çox bahalı müalicələrdir. Gen terapiyası kateqoriyasında nəzərdə tutulan CAR T hüceyrələri dərman firmaları xaricində universitetlər və TÜBİTAK ilə birlikdə istehsal edilə bilən məhsullardır. Bu mənada TÜBİTAK Mərmərə Araşdırma Mərkəzi (MAM), Tekirdağ Namık Kamal Universiteti ilə əməkdaşlıq edərək, Car T hüceyrələrini inkişaf etdirmək üçün elmi işlərə başlayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev