Plasebo və nosebo effektləri - Müsbət və mənfi gözləntilərin təsiri
05.03.2024 12:22

İnam hissi o qədər güclü hissdir ki, onun dəyişdirə bilməyəcəyi çox az şey var. İnam düşüncələrə hakim kəsilərək, onları dəyişə bilir. İnam hissi psixologiyamızı və orqanizmimizi necə yönləndirir?


Aztibb.az “Involta media” nəşrinə istinadən xəbər verir ki, “Plasebo effekti” adlandırılan bu təsir insanları heyrətləndirir.


Plasebo tərkibində heç bir tibbi effektə, sağaldıcı təsirə malik olmayan həblərdir. Adətən, baş ağrıları zamanı qənd həblərindən plasebo kimi istifadə olunur. Və ağrılarda 30-60% arasında kəskin azalma hiss olunur ki, bu normal ağrıkəsici həblərin göstərdiyi nəticəyə çox yaxındır.


Plasebo 1628-ci ildə Oksford Universitetinin professoru Robert Burton tərəfindən ilk dəfə eksperiment vəziyyətinə gətirilib. Bununla da Burton təsəvvür, inam və gözləntilərin orqanizmdə olan təsirini sübut edib.


1957-ci ildə Krebiozen serumu xərçəng xəstəliyini müalicə edən vasitə kimi ortaya çıxır. Serumun ilk istifadəçisi xərçəng şişlərinin inanılmaz sürətlə azaldığını və tamamilə keçdiyini müşahidə edib. Serumun yaradıcısı dərmanın tərkibinin sadəcə distillə olunmuş sudan ibarət olduğunu bildirdikdən sonra hər kəs bu təsirə heyrət edir.


Təəsüf ki, xərçəng şişlərindən tamamilə qurtulmuş pasient dərmanın tərkibini öyrəndikdən sonra yenidən eyni xərçəngə tutulub və bir neçə gün sonra dünyasını dəyişib.


Plasebo bədəninizdəki hormonları təbii ki, dərmanla deyil, düşüncələrdən oyadır. Plasebonun da əks-təsirləri ola bilir.


Nosebo adlanan bu hal baş ağrısı və digər təsirlərlə biruzə verir.


Nosebo effektinə görə, xəstələnməkdən qorxan, sağlamlığında nəsə problemin olduğunu tez-tez düşünən insanlar obyektiv səbəb olmadan belə xəstələnirlər. İnsanlar uzun müddət neqativ fikirlərlə, emosiyalarla yaşadığı üçün xəstəliyə tutulurlar.


Nosebo effekti kütləvi psixoz halına da gətirib çıxarır. Belə ki, vaxtaşırı hansısa virusun yayılması xəbəri insanlarda kütləvi psixozlara səbəb olur.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev