Danimarkalı ornitoloqlar quşların nümunəsində maraqlı kəşfə imza atıblar
03.03.2024 13:16

Danimarkalı ornitoloqlar tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, quşların nəğmə oxuması onların səslərinin keyfiyyətini və cəlbediciliyini qoruyub saxlamaqda mühüm rol oynayır.


Aztibb.az xəbər verir ki, “Nature Communications” jurnalında dərc edilən bu araşdırma, uzun müddət mahnı oxumamağın səs əzələlərinin zəifləməsinə və səslərin keyfiyyətinin aşağı düşməsinə səbəb olduğunu müəyyən edib.


Alimlər quşlar tərəfindən belə bir davranışın təkcə ərazini qorumaq və ya tərəfdaşları cəlb etmək ehtiyacından deyil, həm də səs qabiliyyətini qorumaq ehtiyacından qaynaqlana biləcəyini irəli sürüblər.


Zebra ispinozları (hind bülbülü) ilə aparılan təcrübələr göstərib ki, oxuya bilməmək səs əzələlərinin sürətlə zəifləməsinə səbəb olub. Uzun müddət oxumaq qabiliyyətindən məhrum olan quşlar səs aparatlarının səmərəliliyini itiriblər və tərəfdaşlar üçün daha az cəlbedici olublar.


Tədqiqatın nəticələri təkcə quşların davranışını anlamaq üçün deyil, həm də insan səsi üçün əhəmiyyətli nəticələrə malikdir. Nəğmə oxuyan quşlarda olduğu kimi, insanlarda uzun müddət susmaq səs qabiliyyətinin itirilməsinə səbəb ola bilər.


Bu kəşf insanlarda, o cümlədən peşəkar müğənnilərdə xəstəlik və ya əməliyyatdan sonra səs problemi yaşayan insanlarda səs təlimi və bərpası üsullarının işlənib hazırlanmasına kömək edə bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir