Travmatologiya və ortopediyaya dair aktual məsələlər müzakirə edilib 
01.03.2024 14:10

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (ETTOİ) və Azərbaycan Ortopediya Cəmiyyəti tərəfindən mart 1-də “Artroplastika və artroskopiya kursu: çiyin və diz nahiyyəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Aztibb.az-a verilən məlumata görə, konfransda Azərbaycanın səhiyyə nazirinin müavini İlqar Qasımov, ETTOİ-nin baş həkimi Kamil Eyvazov, Türkiyənin ölkəmizdəki səfirliyinin, TİKA Bakı Koordinatorluğunun, ölkəmizin ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Türkiyənin bu sahə üzrə tanınmış alim həkimləri, o cümlədən professorlar Vedat Şahin, Muhammet Baybars Ataoğlu və Ulunay Kanatlı, dosentlər Baran Sarıkaya, Mustafa Özer, Mehmet Ali Tokgöz, İnsi Hazal Ayas və digərləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətinin Dövlət Himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin keçirilməsində məqsəd travmatologiya və ortopediya sahəsindəki nailiyyətlərin və imkanlarının qarşılıqlı dəyərləndirilməsi, müzakirə olunan mövzular ətrafında səmərəli fikir mübadiləsinin aparılmasıdır. Eyni zamanda, ETTOİ fəaliyyətinin optimallaşdırılması, ölkəmizin bu sahənin mütəxəssisləri üçün uğurlu təcrübə mübadilələrinin aparılması, innovativ praktikaların tətbiqi imkanlarının nəzərdən keçirilməsi və gələcəkdə xarici ölkələrə, xüsusən də Türkiyədə yerləşən bir çox tibb müəssisələri və universitetlər arasında ortaq fəaliyyətə şərait yaratmaqdır. Tədbirin mühüm istiqamətlərindən biri də qarşılıqlı əməkdaşlıq, ortaq çalışmaların aparılmasıdır. Bu məqsədlə gələcəkdə Azərbaycan travmatoloq və ortopedləri tərəfindən mühüm elmi-tədqiqatların həyata keçirilməsi üçün şərait yaranacaq və təkliflər veriləcək.

Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və konfransda müzakirə olunan mövzunun aktuallığını vurğulayıb. Onun sözlərinə görə, milli səhiyyənin qarşısında bir sıra mühüm vəzifələr qoyulub: “Bunların sırasında xidmət keyfiyyətinin və səhiyyə əlçatanlığının artırılmasını qeyd etmək olar. Ən əsası isə əhalinin tibbi xidmətlərindən məmnunluq səviyyəsinin yüksəldilməsidir. Bunun üçün səhiyyə sistemləri tibb elminin bütün resurslarını istifadə etməlidir. Bu işdə davamlı tibbi təhsil mühüm rol oynayır”.

“Bugünkü Elmi-praktik konfrans təbabətin ən aktual sahələrindən birinə, travmatologiya və ortopediya sahəsinə həsr olunub. Ümid edirəm ki, elmi-praktik konfrans hər bir iştirakçı üçün faydalı olacaq, müzakirə olunan mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılacaq”, - deyə səhiyyə nazirinin müavini fikrini tamamlayıb.
200-ə yaxın həkimin iştirakı ilə keçirilən elmi-praktik konfransda tibbdə yeni istiqamət, travmatologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib.

Konfrans panel sessiyalarla davam edib. Sessiyalarla Azərbaycan və Türkiyə ekspertləri “Diz oynağının artroplastikası”, “Meniskin cərrahi bərpa texnikaları”, “Çiyin oynağının artroskopiyası” və digər mövzularda təqdimatlarla çıxış ediblər.


Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir