İtaliya infeksiya ocaqlarında karantin tətbiq edəcək
02.11.2020 21:49

İtaliya koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində infeksiya ocağına çevrilən regionlarda karantin tətbiq edəcəkdir.

 

Aztibb.az xəbər verir ki, İtaliyanın Baş naziri Cüzeppe Konte Parlamentin aşağı palatasındakı çıxışında hökumətin bir sıra məhdudlaşdırıcı tədbirləri barədə danışıb. O, qeyd edib ki, bütün ölkə səviyyəsində karantinin tətbiqinin qarşısını almaq və ölkə iqtisadiyyatını qorumaq üçün regional səviyyədə məhdudiyyətlərin gücləndirilməsi vacibdir.

 

Baş nazirin sözlərinə görə, yoluxmanın geniş yayıldığı regionlarda (hazırda Pyemont, Lombardiya və Toskana) karantin müddətində ticarət mərkəzləri həftə sonlarında bağlı olacaqlar. Ərzaq mağazaları, qəzet köşkləri və apteklərə bu qadağa şamil olunmayacaq. Eyni zamanda, muzey və sərgi salonları da həmin regionlarda fəaliyyət göstərməyəcək, eləcə də ictimai nəqliyyatda oturacaqların 50 faizi boş qalmalı olacaq.

 

Cüzeppe Konte, həmçinin qeyd edib ki, virusa yoluxmuş şəxslərin xəstəliyi yaymaması üçün infeksiya ocağı olan regionlara giriş-çıxış məhdudiyyəti də tətbiq edilə bilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib