AXOX-dan sonrakı dövrdə ağciyər reabilitasiyası olduqca vacibdir
03.03.2024 12:54

Ağciyər reabilitasiyası AXOX (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) xəstələri üçün müalicədə qızıl standartdır.

Aztibb.az xəbər verir ki, pulmonoloq Nicat Ağayevin sözlərinə görə, ağciyər reabilitasiyası AXOX dan əziyyət çəkən insanlar üçün məşq təlimi, sağlamlıq barəsində təhsil və tənəffüs texnikasını özündə birləşdirən bir proqramdır.

Ağciyər reabilitasiyasının məqsədləri arasında simptomları və xəstəliklə bağlı ağırlaşmaları azaltmaq, insanın gündəlik həyat fəaliyyətində imkanlarından maksimum şəkildə istifadə etməsini təmin etmək və depressiya, yaxud stress kimi neqativləri aradan qaldırmaq yer alır.

Yaddan çıxarmayın ki, ağciyərlərin reabilitasiyası ilk növbədə fərdiləşdirilməlidir. Pasiyent gündəlik həyat fəaliyyətlərində özünü yoracaq işlərlə məşğul olmamalı və bunun üçün enerjiyə qənaət üsullarını öyrənməlidir. Tənəffüs təlimi verilərkən pasiyentə düzgün nəfəs almağı öyrətmək lazımdır. Bu, ağciyərlərin tutumunu artırmaq üçün olduqca vacibdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev