Məktəb yoldaşlarının olması və ya olmaması uşağın psixikasına necə təsir edir? TƏDQİQAT
28.02.2024 16:02

Uşaq və yeniyetmələrin məktəb mühitində qarşılıqlı əlaqəsi ciddi ehtiraslar və emosiyaların ifrat təzahürləri ilə müşayiət olunur. Yalnız hisslərin və münasibətlərin bu mürəkkəb təzahürünü başa düşmək çətindir, hətta qeyri-mümkündür.

Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, Amsterdamlı psixoloqlar məktəblilər arasındakı münasibətlərin onların psixi sağlamlığına və psixi sabitliyinə necə təsir etdiyini öyrənmək qərarına gəliblər. Onlar diqqətlərini narahatlıq, depressiya və sosial təcrid də daxil olmaqla daxili psixi pozğunluqlarla əlaqəli problemlərin öyrənilməsinə yönəldiblər.

Tədqiqatın iştirakçıları Hollandiyada orta məktəbdə oxuyan 11-15 yaş arası 432 şagird olub. Yeniyetmələr sosiometrik testdən keçirilib. Orada onlar dost hesab etdikləri 15-ə qədər həmyaşıdını siyahıya salıblar. Mütəxəssislər cavabları müqayisə etdikdən sonra məktəblilər arasında qarşılıqlı və birtərəfli simpatiya hallarını müəyyən ediblər.

Əldə edilən məlumatların təhlili göstərib ki, sinif yoldaşının sayı çox olan şagirdlərdə narahatlıq və depressiya əlamətləri demək olar ki, müşahidə edilmir. Həmyaşıdları ilə belə qarşılıqlı əlaqələrdən məhrum olan uşaqlarda isə nisbətən fərqli əhval görülüb. Birincilərdə emosional problemlərin əlamətlərini hiss etmək ehtimalı daha yüksək idi və dostluq etmək üçün daha çox istəkləri var idi.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev