Həkimlər qızın gözündən 12 santimetrlik parazit çıxarıblar
28.02.2024 14:51

17 yaşlı qız sağ göz nahiyəsində ağrı şikayətləri ilə Həştərxandakı Aleksandr-Mariinski Regional Klinik Xəstəxanasının (AMROKB) təcili yardım şöbəsinə müraciət edib. Müayinə zamanı həkimlər göz qapağı nahiyəsində dərialtı helmint aşkar ediblər.

Aztibb.az xəbər verir ki, bu barədə Həştərxan vilayətinin Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

Helmint lokal anesteziya altında cərrahi yolla çıxarılıb. Helmint – Dirofilaria-nın uzunluğu 12 sm-ə çatıb. Əməliyyatdan sonra qız bu günədək həkim-infeksionist və oftalmoloq tərəfindən ambulator müalicə üçün müvafiq tövsiyə ilə evə buraxılıb.

Xəstənin dediyinə görə, təxminən iki həftə əvvəl sağ gözündə narahatlıq hiss etməyə başlayıb. Eyni zamanda, o, təxminən altı ay əvvəl gölməçədə üzdüyünü bildirib. Ehtimal var ki, parazit göl suyundan keçib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev