Kardioloq: Hər ailədə tonometr olmalıdır
02.03.2024 11:53

Həkim Yuri Konev bildirib ki, son illər insanlar daha çox təzyiq ölçən cihaz almağa başlayıblar. O, bunu həm məlum xəstəliyin çoxalması, həm də insanların öz sağlamlıqlarına daha çox diqqət yetirmək istəyi ilə əlaqələndirib.

Aztibb.az “Involta media” nəşrinə istinadən xəbər verir ki, onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə qan təzyiqi ölçən cihazlara tələbat çox artıb.

Y.Konevin qeydinə görə, yaşlı insanlar olan hər bir ailədə tonometr olmalıdır. Cihaz problemləri erkən mərhələdə aşkar etməyə və lazım olduqda müalicə kursunu dəyişdirməyə kömək edir. Fakt budur ki, əksər ailədə bir nəfərdə yüksək təzyiq olur.

“Əgər bir insanda hipertoniya ilə bağlı hər hansı narahatlıq varsa, dərmanların effektivliyini qiymətləndirmək üçün hər dərman qəbulundan əvvəl qan təzyiqi ölçülməlidir. Özünüzü müşahidə gündəliyi də saxlamalısınız. Bir neçə gündən sonra belə tez-tez təzyiq ölçmələrinə ehtiyac olub-olmadığı aydın olacaq”, - deyə həkim əlavə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev