"Soyuq hava koronavirus xəstəliyinin gedişini daha da ağırlaşdıra bilər" - TƏBİB
02.11.2020 18:04

Hazırda müşahidə edilən koronavirusun simptomları ilə xəstəliyin yaz və yayda olan simptomları arasında elə bir fərq yoxdur.

 

Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov məlumat verib.

 

Soyuq fəsillərdə kəskin respirator virus infeksiyalarına yoluxma riskinin yüksək olduğunu nəzərə çatdıran A.Qurbanov qeyd edib ki, hazırda COVID-19 xəstəliyinin gedişində ciddi fərq izlənilmir:

 

"Soyuq havalarda insanlarda soyuqlama, qrip xəstəliyinin əlamətləri də müşahidə edilir. Bu halda işlər bir az da çətinləşir. Bu baxımdan soyuq havada qrip, soyuqlama koronavirus xəstəliyinin gedişini daha da ağırlaşdıra bilər".

 

A.Qurbanov bildirib ki, qrip xəstəliyi özü xüsusi diaqnoz tələb edir. COVID-19 kimi qrip xəstəliyinə də diaqnoz yalnız PSR müayinəsi əsasında qoyulur:

 

"Lakin əvvəllər də belə olub ki, qrip xəstəliyinə əlamətlərinə görə klinik diaqnoz qoyulub və bu, xəstəlik vərəqəsində tənəffüs yollarının infeksiyası kimi yazılırdı. Amma COVID-19 diaqnozu klinik deyil, yalnız PSR müayinəsindən sonra qoyulur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib