Türkiyədə vətəndaş ilk robot qaraciyər donoru əməliyyatı ilə ölümdən döndü
28.02.2024 11:18

Robot əməliyyatı ilə qardaşından toxuma transplantasiyasından sonra sağlamlığına qovuşan 32 yaşlı Murat Çakan sağalmağı gözləyən xəstələrə orqanlarını vermək istəyir və hər kəsə orqan donorluğu ilə bağlı məsləhətlər verib.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyatı aparan professor Kamil Yalçın Polat bildirib ki, statistikaya görə, Türkiyədə hər il edilən transplantasiya sayı təxminən 2 mindir. İldə 200-ə yaxın qaraciyər nəqli edilir.

Türkiyədə ilk robot qaraciyər donoru əməliyyatı

Robot cərrahiyyə üsulu ilə bağlı bir təhsil prosesindən keçdiklərini və daha sonra əməliyyatlara başladıqlarını ifadə edən həkim donor üzərində əməliyyatı robotik üsulla etdiklərini və transplantasiyanı açıq əməliyyat olaraq həyata keçirdiklərini açıqlayıb:

"Türkiyədə ilk robot qaraciyər donor əməliyyatını həyata keçirdik. Bu, daha kiçik cərrahi kəsik, erkən ayağa qalxma və donor üçün rahat əməliyyat prosesini təmin edir. Robot əməliyyatı açıq əməliyyatla demək olar ki, eyni vaxt aparır. Yəni çox az diskomfort yaradır. Əməliyyat planlayırıq və həyata keçiririk. Bu,təbii ki, böyük rahatlıq verir. Erkən dövrdə xəstə ertəsi gün ayağa qalxa bilir.Yeyir, içir, dolaşır."

"Mənə diaqnoz qoyulanda çox qorxdum"

Murat Çakan 13 ilə yaxındır xroniki xəstəlikdən əziyyət çəkdiyini və son 5 ildə şikayətlərinin artdığını bildirib.

Qaşıntısının gecələr yata bilməyəcək səviyyəyə yüksəldiyini, səhər zəif və yorğun oyandığını, şikayətlə getdiyi xəstəxanada qaraciyər çatışmazlığı diaqnozu qoyulduğunu ifadə edən xəstə ona qaraciyər köçürülməli olduğunu öyrənib.

M.Çakan qardaşının donorluğu qəbul etdiyini bildirib: "Qardaşım ciyərinin bir hissəsini tərəddüd etmədən bağışlamağa razı oldu. Mən də tərəddüd etmədən orqanımı verərdim... Əməliyyat çətin ola bilər, lakin orqan transplantasiyamdan sonra 4-cü gün ayağa qalxa bilirəmsə, xəstələr də bu prosesdən qorxmamalıdırlar”.

Hər kəsdən donor olmağı xahiş edən M.Çakan, transplantasiya gözləyən çox xəstənin olduğunu bildirərək, orqanlarını bağışlamaq üçün o da lazımi addımları atacağını deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev