İnsanın hisslərini beyin fəaliyyətini ölçməklə proqnozlaşdırmaq olar
27.02.2024 17:02

Amerikalı alimlər beyinin insan emosiya və hisslərini dəqiq müəyyən etmək qabiliyyətini göstərən yeni tədqiqat aparıblar.

Aztibb.az xəbər verir ki, Nyu-Cersi Texnologiya İnstitutunun saytında (https://www.njit.edu) yer alan məlumata görə, elmi qurumun mütəxəssisləri sözügedən araşdırmanı mövcud vasitələrdən istifadə edərək beynin hissləri və emosiyaları proqnozlaşdırmağa necə kömək etdiyini anlamaq üçün aparıblar.

Tədqiqatın nəticələri həm də əyləncə, reklam və marketinq qruplarında tətbiq üçün əhəmiyyətli hesab edilib.

Müəyyən edilib ki, beyin fəaliyyətinin və dəri keçiriciliyinin ölçülməsi insanın həyatının emosional ölçüsünün yüksək dəqiq göstəriciləri olduğunu sübut edir.

Alimlər elektroensefaloqramma (EEQ) sensorlarını və dərinin elektrik keçiriciliyini ölçən qalvanik dəri reaksiyası (GSR) sensorlarını orqanizmi öyrənmək üçün etibarlı vasitə adlandırıblar.

Göründüyü kimi, onlardan insanların hisslərini öyrənmək, o cümlədən marketinq stimulları ilə bağlı etibarlı şəkildə proqnozlaşdırmaq üçün istifadə edilə bilər. Üstəlik, bu cür hesablamalar insanların subyektiv özünü qavrayışından qat-qat dəqiq olur.

Oxşar tədqiqatı aparmaqla Stenforddan olan mütəxəssislər də süni intellektdən istifadə edərək kişilərdə və qadınlarda beyin fəaliyyətinin xüsusiyyətlərini anlaya biliblər.

Mütəxəssislər ümid edirlər ki, əldə edilən məlumatlar müxtəlif cinslərə təsir edən xəstəliklərin müalicəsinin müxtəlif üsullarını başa düşmək və həyata keçirmək üçün faydalı olacaqdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev