Valideynlərdə hipertoniya və uşaqların reproduktiv sağlamlığı - Yeni tədqiqat əlaqəni ortaya qoyur
27.02.2024 14:18

Ürək-damar xəstəlikləri insanların həyat keyfiyyətinə və ömrünün uzunluğuna əhəmiyyətli təsir göstərməklə yanaşı, həm də onların gələcək uşaqlarının sağlamlığı üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.

Aztibb.az “MedNovelty” portalına istinadən xəbər verir ki, Hindistanlı alimlər tərəfindən aparılan araşdırma valideynlərdə hipertoniya ilə onların övladlarının reproduktiv sağlamlığı arasında mühüm əlaqə olduğunu ortaya çıxarıb.

Doğuş üzrə mütəxəssis Harita Mannem vurğulayıb ki, hipertoniya həm kişilərdə, həm də qadınlarda fertilliyə (qadının hamilə qala bilməsi üçün münbitlik şərti) ciddi təsir göstərə bilər. Kişilərdə bu vəziyyət tez-tez erektil disfunksiyaya gətirib çıxarır, qadınlarda isə reproduktiv sistemdə problemlər yaradır ki, bu da menstrual tsiklin dəyişməsi və məhsuldarlığın pozulması ilə nəticələnə bilər.

Maraqlı fakt

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hipertoniya dünyada vaxtından əvvəl ölümün əsas səbəblərindən biridir. Dünyada 30-79 yaş arasında olan təxminən 1,28 milyard yetkin hipertoniyadan əziyyət çəkir, onların çoxu öz vəziyyətlərindən xəbərsizdir. Bu, qan təzyiqinə nəzarəti ictimai sağlamlığın yaxşılaşdırılmasında əsas aspektə çevirir.

Hipertoniyalı hamiləlik əlavə risklər daşıyır. Yüksək qan təzyiqi olan qadınlarda preeklampsi, gestational diabet və vaxtından əvvəl doğuş ehtimalı inkişaf riski olur. Bu ağırlaşmalar yalnız ananın sağlamlığını təhdid etmir, həm də körpənin sağlamlığına təsir göstərə bilər.

Hipertoniyanın idarə edilməsi təkcə böyüklərin sağlamlığını və rifahını yaxşılaşdırmaqla yanaşı, gələcək nəsillərin sağlamlığının təmin edilməsində də mühüm rol oynayır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev