Geniş tətbiq edilən bu radioloji metodların fərqi nədir? - USM və ya MRT?
26.02.2024 16:31

Radioloji metodlar insan orqanizminin istənilən orqanındakı zədələnmələrin xarakterini, formasını, növünü və həcmini müəyyən etməyə imkan verir.


Aztibb.az “Arqumentı i faktı” nəşrinə istinadən xəbər verir ki, həkim Tatyana Şapovalenko suala belə cavab verib:
Ultrasəs müayinəsi, ultrasəs dalğaları vasitəsi ilə orqanizmin yumşaq toxumalarının müayinəsidir. Ultrasəs müayinə cihazı yüksək tezlikli dalğalar əmələ gətirir və dalğalar toxumaların daxilinə nüfuz edir. Orqanlar və toxumalardan keçdikdə toxumanın sıxlığına uyğun olaraq rezonans dalğalar əks etdirilir. Bu dalğaları tənzimçidə xüsusi qurğu təsbit edir və onları təsvirə çevirir. Nəticədə həkim monitorda orqan və toxumaların kəsikdə olan təsvirini görə bilir.


Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metodla qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların ultrasəs müayinəsi edilir.


Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir.


MRT-də radiasion (rentgen) şüalar istifadə olunmur, onun əvəzinə istifadə olunan maqnit sahəsi organizmdəki hidrogen atomlarının nüvələrindəki protonları oyadır. Aparat tərəfindən göndərilən elektromaqnit impulslarına cavab olaraq atomlar siqnallar (rezonans) göndərir. Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonanslar göndərir. MRT bu siqnalları toplayır və onlardan ağ-qara 3-ölçülü təsvirlər yaradır. Nəticədə orqanizm daxili yumşaq toxumaların dəqiq görüntüləri əldə edilir.


MRT toxumada, orqan strukturunda və iri damarlarda dəyişiklikləri görməyə, mədəciklərin, qulaqcıqların divarlarının qalınlığını, ürəyin kameralarının həcmini təyin etməyə imkan verir. Daha hərtərəfli müayinə üçün MRT kontrast agenti ilə aparılır. Bu, digər tədqiqatlarda görünməyən patologiyaları aşkar etməyə imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev