Əgər sizdə bu simptomlar varsa, diqqətli olun! Qaraciyərinizdə yağlanma ola bilər
24.02.2024 16:15

Yorğunluq, ürəkbulanma, iştahsızlıq, kilo itkisi, qarın ağrısı, çaşqınlıq və diqqətsizlik kimi simptomlar qaraciyər yağlanmasının əlamətləri ola bilər. Bu mövzuda mühüm məlumatlar verən dr. İlksoy İkibiroğlu, yağlı qaraciyərin sağlamlığa əhəmiyyətli təsir göstərə biləcəyini deyib.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, həkim qaraciyərin bədəndəki qidaları idarə etdiyini, zərərli maddələri ayırdığını və xaric olmasını təmin etdiyini açıqlayıb. Buna görə də sağlam qaraciyər ümumi sağlamlıq vəziyyətini qoruyur. Lakin o, qaraciyərin yağlanmasının bu tarazlığı poza biləcəyini bildirib.

Qaraciyərin yağlanmasına işarə edən simptomların daimi halsızlıq və yorğunluq, ürəkbulanma, iştahsızlıq, kilo itkisi, qarın ağrısı, çaşqınlıq və diqqətsizlik olduğunu ifadə edən həkim, ağız qoxusu və bədən qoxusu, şişkinlik, hemoroid, bədən istiliyinin artması, gözlərdə və ovuclarda qızartı, dəridə qaşınma və səpki kimi simptomların da qaraciyərin yağlanmasına işarə etdiyini vurğulayıb.

Qaraciyər yağlanmasının qarşısını almaq üçün alına biləcək tədbirlər sırasında spirt istifadəsinin məhdudlaşdırılması və kilo nəzarəti əhəmiyyətlidir. Həkim bu mənada həddindən artıq kalori ehtiva etməyən, doymuş və trans yağları az olan qida ilə zəngin bir pəhriz tövsiyə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev