Litva, Ukrayna, Qırğısıztan və İranda COVID-19-a yoluxma statistikası
02.11.2020 14:14

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 895 nəfər artaraq 15719-ə çatıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 27 min 761 nəfər müayinə olunub.

 

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 6797 nəfərdən götürülən testlərin 895-nin nəticəsi müsbət çıxıb.

 

Sağalanların sayı isə 4883-dir. Yoluxma hallarının artacağı istisna olunmur.

 

Ukraynada koronavirusa yoluxanların sayı 400 mini ötüb.

 

Ötən gün Ukraynada 6754 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 402 min 194-ə çatıb, 163 min 768 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Lvov, Jitomir və Xarkov vilayətlərində qeydə alınıb.

 

Son gün ölkədə 69 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 7375 nəfərə çatıb.

 

Son sutkada Qırğızıstanda COVID-19-a yoluxanların sayı 436 nəfər olub, pandemiya dövründə bu rəqəm 59 min 879 nəfərə çatıb.

 

Son gündə 332, ümumiyyətlə isə 50 min 741 xəstə sağalıb.

 

24 saatda virusdan 5 nəfər həyatını itirib və ölənlərin sayı 1155 nəfərə çatıb.

 

İranda ötən sutka ərzində 440 nəfər COVID 19-dan ölüb.

 

Bununla da İranda bu virusdan ölənlərin sayı 35 738 nəfərə çatıb.

 

Ölkədə ötən 24 saat ərzində 8 289 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 628 780 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 315 nəfərin vəziyyəti ağırdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib