Ağciyər xərçəngindən ölümlərin azaldılması üçün bu müayinə üsulu daha geniş tətbiq edilir
24.02.2024 10:51

Ağciyər xərçəngində risk faktorlarını açıqlayan professor Güven Olgaçın sözlərinə görə ən böyük risk faktoru siqaretdir. Digər az tanınan risk faktorları radon, asbest, arsen, berilyum və uran kimi ətraf mühitə məruz qalma və genetik meyldir.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, ağciyər xərçəngi riski yaşla, ailədə ağciyər xərçəngi və ya bədənin başqa yerlərində xərçəngin olması, sinə bölgəsinə radiasiya, havanın çirklənməsi və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) kimi xəstəliklərlə də arta bilər.

Erkən diaqnostika üçün qəbul edilən ən müvəffəqiyyətli diaqnostik metodu aşağı dozalı radiasiyaya ilə müalicədir. Dünya səviyyəsində bu xərçəngdən ölümlərin azaldılması üçün bu müayinə üsulunun daha geniş yayılmasının son dərəcə vacib olduğunu vurğulayan professor bildirib ki, bu test üçün ən uyğun insanlar, hal-hazırda siqaret çəkən və ya uzun müddət siqaret çəkmiş 50 yaşdan yuxarı insanlardır.

Əlamətlər davamlı və ya pisləşən öskürək, bəzən qanlı bəlğəm, döş qəfəsi və ya bel ağrısı, nəfəs darlığı, xırıltı və cüzi çəki itkisi ilə müşayiət olunur. Əgər sizdə bu əlamətlərdən biri və ya bir neçəsi varsa, dərhal həkimə müraciət etməli və ən azı döş qəfəsinin rentgenoqrafiyasını çəkməlisiniz.

Ağciyər xərçəngi şübhəsi olan xəstələri ağciyər rentgenoqrafiyası, Kompüter Tomoqrafiyası (KT), Maqnit Rezonans (MR), Pozitron Emissiya Tomoqrafiyası (PET), bronxoskopiya və iynə biopsiyası üsullarından istifadə edə bilərlər.

Erkən və hətta diqqətlə seçilmiş bəzi irəli mərhələdə ağciyər xərçəngi xəstələrinə uzun ömür təmin edən ən təsirli müalicə üsulu xərçəngli ağciyər toxumasının əməliyyatla çıxarılmasıdır. Son zamanlar müxtəlifliyi sürətlə artan kimyaterapiya, radioterapiya və məqsədyönlü ağıllı dərman müalicəsi kimi digər müalicə variantları bəzən təkbaşına və çox vaxt cərrahi müalicəyə əlavə olaraq tətbiq edilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev