Hər iki əldən istifadə etməyi öyrənmək beyni yaxşılaşdırırmı?
24.02.2024 08:12

Sağ və sol əlləri birlikdə istifadə etməyi öyrənməyin beyin funksiyalarını yaxşılaşdıracağı fikri bir mifdir.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu fikri neyropsixoloq İnci Birioğlu bildirib.

Qeyd edib ki, beynin müəyyən funksiyalar üçün təkamüllə ixtisaslaşmış sahələri var. Bu sahələr bir-biri ilə qarşılıqlı əlaqədə olur və daha təkmil funksiyalar yaradır:

“Təkamül baxımından, beynin sol yarımkürəsinin üstünlüyü və dilin və sağ əlin bacarıqlı motor hərəkətləri üçün ixtisaslaşması beyində tapşırıqların sürətli və iyerarxik paylanması üçün vacibdir. Digər tərəfdən, çox mühüm məqam ondan ibarətdir ki, doğuşdan solaxay olan uşağın sağ əli ilə qələm tutmağa məcbur edilməsi sinir-inkişaf prosesində müxtəlif diqqət, yaddaş və düşünmə çətinliklərinə səbəb ola bilər”.

Sağ əlli insanların 95 faizində danışma, yazma, oxuma, anlama, təkrarlama və adlandırma kimi dil funksiyaları sol yarımkürə tərəfindən təşkil edilir. Sağ yarımkürə vizual-məkan funksiyaları və diqqət prosesləri üçün ixtisaslaşmışdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev