Beyin COVID-19-dan sonra 20 il yaşlanır
22.02.2024 17:26

Liverpul Universitetinin alimləri COVID-19-un insan beyninə təsirini araşdıran tədqiqat aparıblar. Məlum olub ki, koronavirusa yoluxmuş bəzi xəstələrdə beyində ciddi travmatik beyin zədəsinin nəticələrinə bənzəyən xarakterik dəyişikliklər var.


Aztibb.az xəbər verir ki, müvafiq hesabat “EclinicalMedicine” jurnalında dərc olunub.

 

Koqnitiv test və beyin skanları göstərib ki, beynin diqqətə cavabdeh olan müəyyən hissələri həcmcə kiçilib. Və qan testlərinin biomarkerləri xəstənin bir dəfə travmatik beyin zədəsi alması kimi görünüb. Bu vəziyyət beynin 20 yaş qocalmasına və ya 10 İQ balının itirilməsinə bərabərdir.

 

Bu cür beyin dəyişikliklərinin qalıcı və ya müvəqqəti olacağı hələ dəqiq deyil. Lakin onlar xəstələr sağaldıqdan sonra altı ay ərzində qeydə alınıb. Gələcəkdə işin müəllifləri bu vəziyyətin müalicəsinin effektiv üsullarını yaratmaq üçün bu fenomeni öyrənməyə davam edəcəklər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev