Qışda uşaqlarınızı qat-qat geyindirməyin - Pediatrdan tövsiyələr
24.02.2024 11:14

Pediatr qış gəzintilərində uşağı qalın geyindirməməyi tövsiyə edib.


Aztibb.az “Actual News” portalına istinadən xəbər verir ki, pediatr, tibb elmləri doktoru Yevgeni Timakovun bildirdiyinə görə, qışın soyuq havasında gəzinti zamanı uşağı qat-qat geyindirmək onu tənəffüs xəstəliklərindən qorumağa kömək etməyəcək.


Mütəxəssis qeyd edib ki, uşaqlarda immun sistemini gücləndirməyin ən təsirli yolu mövcud havaya uyğunlaşdırmaqdır.


“Uşağın bədəninə temperaturun dəyişməsinə qoruyucu funksiyalarla reaksiya verməyi öyrətmək üçün ona gəzinti zamanı sərbəst hərəkət etmək imkanı vermək, onu həddindən artıq izolyasiya etməmək lazımdır.


Həddindən artıq geyim tərləmə və beləliklə sürətlənmiş soyuqdəyməyə səbəb ola bilər.


O əlavə edib ki, uşağınızın sağlam olması üçün gündəlik qış gəzintiləri mütləqdir. Yayda açıq havada daha çox vaxt keçirmək də vacibdir.


Mütəxəssisin sözlərinə görə, yayda fiziki sağlamlığın ən təsirli üsullarından biri açıq suda üzməkdir. Bundan əlavə, hamar çınqıllar kimi müxtəlif kiçik əşyalar da daxil olmaqla, çəmənlikdə ayaqyalın gəzmək, gündəlik idman etmək və ayaqlardakı reseptorları stimullaşdırmaq faydalıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev