Vərəmə qarşı yeni dərman preparatı sınaqların ikinci mərhələsindən keçib
18.02.2024 11:45

Beynəlxalq alimlər qrupu ağciyər vərəminin müalicəsi üçün eksperimental preparat olan “Qanfeborol”un klinik sınaqlarının ikinci mərhələsini uğurla başa çatdırıb.


Aztibb.az xəbər verir ki, nəticələr “Nature Medicine” jurnalında dərc olunub.


Həkimlər qeyd ediblər ki, sınaq zamanı dərman vərəm xəstələrinin ağciyərlərində bakteriyaların sayını azaltmağa kömək edib. Bundan əlavə, dərman təhlükəli yan təsirlərə səbəb olmayıb.


Təcrübədə son vaxtlar vərəmə yoluxmuş 76 kişi iştirak edib. Könüllülərin yarısı standart rifampisin əsaslı terapiya alıb, qalanları isə 1 ilə 30 mq arasında dəyişən dozalarda ganefeborol qəbul ediblər. Həkimlər onların bəlğəm nümunələrinin analizini də edib.


Məlum olub ki, eksperimental preparatın yüksək dozası olan qruplar effektivlik baxımından standart müalicə alanlarla eyni səviyyədədir. Bundan əlavə, alimlər bir sıra vərəm əleyhinə dərmanların yaratdığı heç bir yan təsir və ya həzm problemi aşkar etməyiblər.


Alimlər ümid edirlər ki, preparatın klinik sınaqlarının uğurla başa çatması həkimlərin vərəmlə mübarizə imkanlarını genişləndirəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev