Qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət etdi... – 2 kiloqram saç
17.02.2024 14:40

Osmaniyədəki özəl xəstəxanalardan birinə ürəkbulanma, qusma və qarın ağrısı şikayətləri ilə müraciət edən 40 yaşlı qadın xəstənin mədə və nazik bağırsağından 2 kq ağırlığında saç kütləsi çıxarılıb.


Aztibb.az “CNN Turk”ə istinadən xəbər verir ki, uzun müddət davam edən qarın ağrısı və ürəkbulanma şikayətləri ilə dəfələrlə sağlamlıq mərkəzlərinə müraciət edən və şikayətləri davam edən qadın xəstə daha sonra özəl səhiyyə müəssisəsinə müraciət edib. Burada müayinə olunub və müayinələr nəticəsində mədəsində yad cisim olduğu müəyyən edilib.


Xəstənin əməliyyat olunmasına qərar verilib və cərrahi müdaxilə edilib. Əməliyyat zamanı 40 yaşlı qadın xəstənin mədəsindən 10-13 santimetr uzunluğunda saç kütləsi çıxarılıb.


RAPUNZEL SİNDROMU


Xəstədə nadir rastlanan rapunzel sindromu aşkar edilib. Dr. Seçkin Ak Küçük bildirib ki, bu saç yemək vərdişləri olan, psixoloji pozğunluqdur. Buna hətta ədəbiyyatda Rapunzel sindromu da deyirlər.


Rapunzel Sindromu əsasən mədə, nadir hallarda isə nazik bağırsaqlarda görülür. Bu xəstəni maraqlı edən xüsusiyyətlərdən biri də onun həm mədəsində, həm də nazik bağırsağında saç topasının olmasıdır. Bəzən nadir hallarda nazik bağırsaqlarda müşahidə edilir. Bu hal çox vaxt gec müşahidə edilir, çünki müəyyən ölçüyə çatana qədər kliniki xarakter almırlar. Əgər xəstənin yaxınları heç bir şeydən şübhələnməsələr və bu vərdişinə görə həkimə müraciət etməsələr, indi bu xəstədə olduğu kimi onlarda da inkişaf etmiş maneələr olacaq. Bəzən qanaxmaya da səbəb ola bilir. Təəssüf ki, dərman vasitəsi ilə müalicə etmək mümkün deyil. Çox vaxt cərrahi müdaxilə tələb olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev