Slovakiyada koronavirusa qarşı kütləvi testlər aparılıb
02.11.2020 09:53

Son iki gündə Slovakiyada bütün əhali koronavirusa qarşı kütləvi antigen testlərindən keçib.

 

Testlərdə ölkənin 10-65 yaş arasında insanlar (təxminən 5 milyon nəfər) iştirak edib. Cavabı 15 dəqiqə ərzində məlum olan sürətli antigen testlərinin əsas məqsədi ölkə iqtisadiyyatına ağır zərbə vuran karantindən yayınmaq və yoluxma ocaqlarını müəyyən edərək müvafiq tədbirlər görməkdən ibarət olub.

 

Slovakiyanın TASR agentliyinin verdiyi məlumata görə, oktyabrın 31-də aparılan testlərdə 2,6 milyon sakin iştirak edib və onlardan təxminən bir faizində koronavirus aşkarlanıb.

 

Antigen testlərinin nəticəsi indiyədək geniş istifadə edilən PCR testləri qədər etibarlı olmasa da, slovaklar bu aksiyada mütəşəkkil şəkildə iştirak edirlər. Ölkənin Baş Naziri İqor Matoviç ümumi dəyəri 75 milyon avro olan və iki həftə sonunda keçirilməsi nəzərdə tutulan aksiya ilə bağlı bildirib ki, bu aksiyanın məqsədi Avropa və bütün dünyaya iqtisadiyyatın dayandırılması və milyonlarla işsizə səbəb olmadan da koronavirusa qarşı mübarizənin mümkünlüyünü nümayiş etdirməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər