Scientific Report: İqlim dəyişiklikləri ciddi xəbərdarlıq əlamətləri göstərir
15.02.2024 18:29

İqlim dəyişikliyi ilə bağlı araşdırma aparan Lids Universitetinin alimləri acınacaqlı nəticələri “Scientific Report” jurnalında təqdim ediblər.

Aztibb.az adıçəkilən jurnalda dərc edilən hesabata istinadən xəbər verir ki, son üç onillikdə Qrenlandiyada təxminən 28 min 707 kvadrat kilometr buz örtüyü əriyib.

Bu dəyişikliklər Arktikanın iqlimi və ətraf mühiti üçün ciddi nəticələrə malikdir. Qrenlandiyanın buz təbəqəsindən buz itkisi hər on ildən bir artır və məruz qalan ərazilərin sürətlə genişlənməsinə səbəb olur. Nəticədə alimlər Qrenlandiyanın landşaftında olduğu kimi, buz örtüyünün əhəmiyyətli dərəcədə azaldığını müəyyən ediblər.

Tədqiqat zamanı bitki örtüyünün iki dəfə, bataqlıq ərazinin dörd dəfə artdığı öyrənilib. Bu dəyişikliklər temperaturun yüksəlməsi, xüsusilə 6°C-dən yuxarı müsbət dərəcə günlərinin sayı ilə sıx bağlıdır.

Mütəxəssislər vurğulayıblar ki, bu dəyişikliklər yer səthi albedo, istixana qazları emissiyaları, landşaftın sabitliyi və biogeokimyəvi proseslərə böyük təsir göstərir. Onlar həmçinin iqlim riskinin idarə edilməsi və davamlı inkişaf strategiyaları hazırlanarkən yaxından izlənilməlidir.

İiqlim dəyişikliyinin həyəcan verici göstəriciləri bütün dünyada bu və ya digər şəkildə özünü biruzə verməkdədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev