Süni ətin bağırsaq xərçənginə səbəb olduğu iddia edilir
18.02.2024 12:22

İtaliya süni ətin satışını və istehsalını qadağan edib. Siyasətçilərin bu qərarı vətəndaşların sağlamlığı üçün narahatlıqda irəli gəlir. Çünki süni ətin insanlarda xərçəngə səbəb olması ilə bağlı şübhələr var.

Aztibb.az “Media Potok” portalına istinadən yazır ki, bəzi elm adamlarının qənaətinə görə, süni ət insanlarda xərçəngin inkişafına səbəb olur.

Bir çox ölkələr süni ətin hazırlanması ilə bağlı təcrübələr aparır. Bu üsulun tərəfdarları ət istehsalının ənənəvi heyvandarlıqdan daha humanist üsul olduğunu iddia edirlər. Bundan əlavə, daha sadədir və gələcəkdə xərcləri azaldacaq, yəni süni ət bütün dünyanı qidalandıra və aclıq problemini həll edə bilər. Ancaq skeptiklər də var. Bir sıra elm adamları süni ətin bağırsaq xərçənginə səbəb olduğunu iddia edirlər.

Professor Anastasiya Semenova bildirib ki, indi bu cür ətin təhlükəsi barədə danışmaq mümkün deyil, çünki bu mövzuda araşdırma yox səviyyəsindədir. Lakin ət istehsalının bu üsulunun ənənəvi heyvandarlıqdan daha yaxşı olduğu iddiaları da tənqidlərə dözmür, deyə o əlavə edib.

Mütəxəssis süni ətin xərçəngə səbəb olması ilə bağlı iddiaları tənqid edib. O qeyd edib ki, buna dair araşdırma ildə 115 kiloqram ət istehlak edən insanların yaşadıqları ölkələrdə aparılıb, bir adam üçün norma isə 75 kiloqramdır. Lakin bir sıra ölkələrin sakinləri əti açıq odda bişirməyi xoşlayırlar ki, bu da onun zərərliliyini artırır. Bu o deməkdir ki, adi, təbii ət bu üsulla bişirilməklə də elə xərçəngin əsl səbəbi ola bilər.

Anastasiya Semenova əlavə edib ki, ət normal istehlak edilməlidir, çünki həddindən artıq yemək az yemək qədər zərərlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev