Alim süni intellektin bəşəriyyət üçün nəzarətsiz təhlükəsini açıqlayıb
14.02.2024 17:49

Amerikalı alim Roman Yampolski süni intellektin (AI) nəzarətdən çıxması riskinin yüksək olmasından danışıb.

Aztibb.az xəbər verir ki, bununla bağlı “Involta media” nəşri məlumat yayıb.

Louisville Universitetinin professoru “Süni intellekt: izah olunmayan, gözlənilməz, idarəolunmaz” kitabında təhlükənin yeni texnologiyaların qeyri-məhdud inkişafı ilə yarandığını izah edir. Onun sözlərinə görə, bu, ekzistensial fəlakət riskini daşıyan, demək olar ki, zəmanətli hadisədir.

Alim qeyd edir: "Əgər biz AI cavablarını izahatsız qəbul etməyə öyrəşsək, onun səhv və ya manipulyasiya xarakterli cavablar verməyəcəyinə zəmanət verə bilməyəcəyik".

O hesab edir ki, süni intellektin hərəkətlərini təxmin etmək sadəlövhlükdür, çünki insanların intellektual proqram təminatı yaratmaq qabiliyyəti onu idarə etmək qabiliyyətini xeyli üstələyir.

Mütəxəssis bildirib ki, süni intellekt tam muxtariyyət qazana və gözlənilməz hala gələ bilər və buna görə də onun hər hansı hərəkətini və ya qərarını ləğv edə bilmək lazımdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev