Tarixin ən böyük liposarkoması 77 yaşlı xəstədən çıxarıldı
14.02.2024 12:38

Hindistanın Yeni Dehli şəhərindəki Sir Qanqa Ram Xəstəxanasının cərrahları yaşlı kişinin qarın boşluğundan şişi çıxarmaq üçün ən çətin tibbi əməliyyatı uğurla həyata keçiriblər.

Aztibb.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Həkim Sauvitra Ramatın sözlərinə görə, 77 yaşlı xəstənin şişi qarın boşluğunun 85%-ni tutub və demək olar ki, bütün daxili orqanları sıxıb. Şişin çəkisi 14 kiloqram, ölçüləri 75x45 sm olub.

Bu hadisə əslində bütün tibb tarixində insan qarın boşluğundan çıxarılan ən böyük şişlərdən biridir.

Əməliyyatın altı saat davam etdiyi bildirilib. Şiş çıxarıldıqdan sonra həkimlərin qorxusunu təsdiqləyən histoloji müayinə aparılıb. Neoplazmanın bədxassəli olduğu ortaya çıxıb. Xəstəyə liposarkoma diaqnozu qoyulub. Bu, yağ toxumalarında inkişaf edən şişin adıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev