Qışda əzələ və oynaqlarda ağrıların səbəbi əsasən soyuqdandır
13.02.2024 15:15

Tibb üzrə fəlsəfə doktoru, terapevt İrina Baranova bildirib ki, soyuqdəyməyə uzun müddət məruz qalma səbəbindən orqanizmda çox narahatlıqlar ortaya çıxır.

Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, həkimin fikrincə, burada insanın ümumi sağlamlıq vəziyyəti, eləcə də çatışmazlıqların olması böyük əhəmiyyət kəsb edir.

Həkim izah edib ki, uzun müddət davam edən hipotermiya immunitet sistemini zəiflədə bilir, orqanizmi infeksiyalara və iltihablara qarşı daha həssas edir.

Onun sözlərinə görə, hipotermiya baş verdikdə, bədən istilik saxlamaq üçün qan damarlarını sıxaraq reaksiya verir. Soyuq dəridə, əzələlərdə və oynaqlarda sinir reseptorlarını qıcıqlandıraraq ağrı hissi yaradır. Bundan əlavə, hipotermiya iltihab vasitəçilərinin aktivliyinin artmasına səbəb olur ki, bu da əzələ və oynaq ağrıları ilə nəticələnir.

Soyuq və rütubətli hava xəstələrdə oynaqlarda şişkinliyin yaranmasına səbəb ola bilər. Bu baxımdan risk qrupuna daxil olan insanların ehtiyatlı olması, yanaşı xəstəlikləri ilə əlaqəli müalicələrini davam etdirməsi, düzgün geyim seçilməsi və soyuq havada az qalması tövsiyə olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev