Depressiya əlamətlərinin pisləşməsi bədən istiliyinin artması ilə əlaqələndirilir
11.02.2024 18:48

Fundamental tədqiqatlara əsaslanan depressiya əlamətlərinin artması ilə bədən istiliyinin artması arasındakı əlaqəni San-Fransiskodakı Kaliforniya Universitetinin amerikalı alimləri müəyyən ediblər.


Aztibb.az xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalı məlumat yayıb.


Məlumata görə, tədqiqatda 106 ölkədən 20 mindən çox insan iştirak edib. Mütəxəssislər iştirakçıların psixi sağlamlıq durumu haqqında məlumat toplayıblar. Bütün könüllülərə 7 ay ərzində davamlı olaraq taxdıqları bədən istiliyini ölçən cihazlar verilib. Respondentlər həmçinin hər gün tədqiqat təşkilatçılarına dəyişikliklər barədə məlumat veribilər.


Nəticələri yekunlaşdıran alimlər müəyyən ediblər ki, iştirakçılarda depressiya əlamətlərinin artması tez-tez bədən istiliyinin artması ilə müşayiət olunur. Bu əlaqənin əsasında hansı mexanizmlərin dayandığı bilinmir. Depressiyadan əziyyət çəkən insanlarda daha yüksək bədən hərarətinin olması orqanizmin özünü soyutma qabiliyyətinin pisləşməsinə və ya maddələr mübadiləsində dəyişikliklərin baş verməsinə səbəb olduğu düşünülür.


Elmi fərziyyə ondan ibarətdir ki, depressiyadan əziyyət çəkən insanların hərarətini aşağı salmaq psixi sağlamlıq üçün faydalı ola bilər. Ancaq bu nəzəriyyə hələ də sübuta yetirilməyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev