Əməkdar incəsənət xadimi Rafael Əsədov Mərkəzi Gömrük Hospitalında TAVİ əməliyyatı olunub
11.02.2024 09:42

"HUMAY" mükafatı laueratı, "Yaşıl eynəkli adam", "Ac həriflər", "Evləri köndələn yar", "İtkin gəlin", Güllələnmiş heykəllər" və digər filmlərin rəssamı, Əməkdar incəsənət xadimi, 80 yaşlı Rafael Əsədov Mərkəzi Gömrük Hospitalında uğurla əməliyyat olunub.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu sosial şəbəkədə paylaşım edib.

 

Paylaşımda deyilir: "Kino rəssamı Rafael Əsədov ürəyin atım gücü 25%, ağciyər təzyiqi 80, kritik aortal stenoz fonunda ciddi təngnəfəslik, boğulma, ayaqlarda şiş şikayətləri ilə son ümid olaraq xəstəxanamıza gətirildi. Yatırılıb vəziyyəti stabilləşdirildikdən sonra TAVİ əməliyyatı uğurla icra edildi.

 

Əməyi ən çox keçən kardiologiya komandası rezidentlərimiz, tibb bacılarımız başda olmaqla bütün komandamıza təşəkkür edirəm.

 

Ağlayaraq gələn rəssam ailəsi gülərək evinə göndərilmənin sevincini yaşayır. Rafael Əsədov ən qısa zamanda yeni ürəklə bizim komandamızın rəsmini çəkib xəstəxanamıza hədiyyə edəcəyini söz verdi.


Bütün dəstək üçün Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə ayrıca təşəkkür edirəm".

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır