Bir qrup tibb işçisi TƏBİB tərəfindən uzunmüddətli və səmərəli xidmətinə görə təltif edilib
09.02.2024 17:50

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti ilə seçilən tibb işçilərinin stimullaşdırılması tədbirləri çərçivəsində daha bir qrup tibb işçisi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən təltif olunub.


Aztibb.az-a verilən məlumata görə, pensiya hüququ yaranan və əmək fəaliyyətinin son həddinə çatan tibb işçiləri uzunmüddətli və səmərəli xidmətlərinə görə vaxtaşırı olaraq təşəkkürnamələrlə təltif olunurlar.


Bu günə qədər TƏBİB-in tabeli tibb müəssisələrində çalışan və bu kateqoriyadan olan 38 nəfər müxtəlif ixtisaslı tibb işçisinə təşəkkürnamələr təqdim olunub.


Cari ilin yanvar ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Xəzər Tibb Mərkəzinin həkim-terapevti Mahir Rüstəmbəyov, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzin həkim-mama-ginekoloqu Afaq Piriyeva və 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-pediatr Aybəniz Əmiraslanova, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Əlifağa Nadirov, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nevroloqu Laləxanım Hüseynova TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev