Bir sıra ölkələr üzrə günlük koronavirusa yoluxma statistikası
01.11.2020 10:37

Böyük Britaniyada koronavirusa yoluxanların ümumi sayı bir milyon nəfəri keçib.

 

Aztibb.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Məlumata görə, Britaniyada son sutka ərzində 21 915 nəfər koronavirusa yoluxub. Bununla da hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 011 660 nəfərə çatıb.

 

Son sutkada 326 nəfər isə koronavirusa görə həyatını itirib ki, ümumilikdə koronavirusa görə ölənlərin sayı 46 555 nəfər olub.

 

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 31 758 nəfər artıb.

 

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 297 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 38 618 nəfərə çatıb.

 

Ölkədə hazırda 351 386 aktiv koronavirus daşıyıcısı var, onlardan 1843-ü ağır vəziyyətdədir.

 

Bütün pandemiya dövrü ərzində yoluxmuş 679 430 nəfərdən 289 426 nəfər sağalıb.

 

Türkiyədə son sutka ərzində COVID-19-dan 75 nəfər ölüb.

 

Son 24 saatda 124 109 şübhəli koronavirus testindən keçib, onlardan 2213-nün cavabı pozitiv çıxıb, 1506 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2075 nəfər olub.

 

İranda koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur.

 

Ölkədə 7 min 820 nəfər koronavirusa yoluxub, 386 nəfər isə vəfat edib. İranda virusa yoluxanların ümumi sayı 612 min 772 nəfər, ölənlərin sayı isə 34 min 864-ə çatıb.

 

Müalicəsi davam edən 5 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 481 min 930 nəfər sağalaraq evə buraxılıb.

 

Ermənistanda daha 2 441 nəfərdə koronavirus aşkarlanıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 92 254-ə yüksəlib. Ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 1 363-ə çatıb. 

 

Hazırda Ermənistanda 34 691 aktiv koronavirus xəstəsi var.

 

Gürcüstanda son sutka ərzində COVID-19-a 1791 yoluxma halı qeydə alınıb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  40 727  nəfərə çatıb.

 

Virusa yoluxanlardan 25104 nəfərinin sağaldığı, 335 nəfərinin isə öldüyü bildirilir.

 

Qırğızıstanda da COVID-19-a yoluxanların sayı artıb.

 

Dünən yoluxma sayı 484 olmuşdusa, bu gün 565-dir. Beləliklə ölkədə viruslu xəstələrin sayı 59 min 443 nəfər təşkil edir.

 

Son sutkada 426, ümumiyyətlə isə 50 min 429 pasiyent sağalaraq evə buraxılıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib