Koronavirusun günlərə görə əlamətləri
01.11.2020 13:32

Pandemiyanın əhali arasında ən çox bilinən əlaməti hərarət və quru öskürək sayılır. Lakin son zamanlar koronavirus daha fərqli əlamətlərlə özünü göstərir.

 

Aztibb.az yoluxmada sonrakı günlərə əsasən COVID-19-un əlamətlərini təqdim edir:

 

1-3-cü günlərdə soyuqdəymə, qripə bənzər əlamətlər ortaya çıxır. Yüngül hərarət və boğaz ağrısı müşahidə oluna bilər. İmmunitet zəifdirsə, ürəkbulanma və ishal da ola bilər.

 

4-cü gün boğaz ağrısı şiddətlənir, səs kallaşır. Qida, maye qəbulunda çətinlik yaranır. Yüngül baş ağrısı olur.

 

5-ci gün boğaz ağrısı şiddətlənir. Yemək, içmək çox ağrılı hala gəlir. Bədəni, hansısa əzanı hərəkət etdirmək çox ağrılı olur. Oynaqlarda ağrı yaranır.

 

6-cı gün quru öksürək başlayır. Danışanda, udqunanda boğaz ağrısı daha da şiddətlənir. Ürəkbulanma artır. Nəfəs almada çətinlik yaranır. İshal və qusma şiddətlənir.

 

7-ci gün hərarət 38 dərəcəni keçir. Öskürək və bəlğəm çox çiddətlənir. Bədən və baş ağrıları ilə yanaşı qusma da çox şiddətli hala gəlir.

 

8-ci gün nəfəs alıb-vermədə çətinlik yaranır. Döş qəfəsi bölgəsi çox ağır hiss olunur. Öskürəklə yanaşı baş və oynaq ağrıları çox artır. Hərarət 38 dərəcəni keçir.

 

9-cu gün bütün simptomlar şiddətlənir. Üzdə və dodaqlarda maviləşmə yaranır. Öskürək və bəlğəm çox şiddətlənir. Bədən və baş ağrıları ilə yanaşı qusma da çox şiddətlənir.

 

Qeyd edək ki, bütün bu simptomlar hamıda eyni ardıcıllıqla baş vermir. Göz, qulaq ağrısı, dəridə ləkələr, iy və dad bilmənin itməsi və s. əlamətləri çox yüngül keçirən və ya ümumiyyətlə o simptonları yaşamayanlardar çoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib