Alimlər beynin elektrik təsvirindən istifadə edərək insult təhlükəsini görməyin yollarını axtarırlar
09.02.2024 08:27

Bir insanın insult riski altında olduğunu necə bilmək olar? Riskin səbəbləri artıq məlumdur, lakin problemlərin nə vaxt yaranacağını dəqiq proqnozlaşdırmaq hələ ki, mümkün deyil.


Aztibb.az “Medzdrav.info” portalına istinadən xəbər verir ki, bununla belə, Kazan Universitetinin mütəxəssisləri insult və digər beyin xəstəliklərinin diaqnostikası üçün üsul tapıblar.


Bu kəşf klinik praktikaya çevrilə bilsə, fəal şəkildə kəskin damar pozğunluqlarının qarşısını almaq daha asan olacaq. Bu o deməkdir ki, ölümlər daha az olacaq.


Kazan Federal Universitetinin Fundamental Tibb və Biologiya İnstitutunun Neyrofiziologiya laboratoriyasının alimləri əcnəbi həmkarları ilə birlikdə depolarizasiya prosesini - beyin qabığından yavaş bir dalğanın keçməsini tədqiq ediblər.


Bu dalğa müxtəlif patologiyalarda, o cümlədən auralı miqren, epilepsiya, travmatik beyin zədəsi və işemik insult zamanı baş verir. Alimlər yaxınlaşan hücum təhlükəsini əvvəlcədən tanımaq üçün elektroensefaloqrafiyadan istifadə etməyi qarşılarına vəzifə qoyublar.


Beləliklə, onlar beyində elektrik aktivliyinin əlavə yeni parametrlərini qeyd edə bilən prototip cihaz hazırlayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev