Mədə yanması revmatoid artritin inkişaf riskinizi artırır - TƏDQİQAT
07.02.2024 08:42

Alimlər müəyyən ediblər ki, xroniki mədə-bağırsaq xəstəliyi irsi xarakter daşıyırsa xəstəni başqa bir ciddi xəstəliyin hədəfinə çevirir.

Aztibb.az xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri İsveçrənin “Frontiers in Genetics” elmi jurnalında dərc olunub.

Alimlər tez-tez mədə yanmasından əziyyət çəkən 129 000 xəstənin və qastroezofageal reflü xəstəliyinin (GERD) bu simptomu ilə praktiki olaraq tanış olmayan 602 000 insanın genetik məlumatlarını öyrəniblər.

GERD ilə mədədən (və bəzən onikibarmaq bağırsağın) qida tez-tez özofaqusa axır. Buna görə yalnız mədə yanması deyil, həm də gəyirmə baş verir. Əvvəllər məlum idi ki, GERD qida borusunun iltihabı və Barret özofaqusu (xərçəngdən əvvəlki vəziyyət) kimi xəstəliklərin inkişafına təkan verir.

İndi elm adamları aşkar ediblər ki, əgər sizdə mədə yanması varsa, daha çox başqa bir diaqnozla – revmatoid artritlə qarşılaşırsınız. Tədqiqat həmçinin bu xəstəliyə tutulan 6000, eləcə də xəstəliyi olmayan 147.000 insan haqqında məlumatı əhatə edib.

Məlumatların təhlili göstərib ki, ailədə GERD tarixi revmatoid artrit riskini 69% artırır. Ancaq bu, xəstəliklər arasında qarşılıqlı deyil. Yəni artrit səbəbiylə mədə yanması rastlanmayan haldır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev