B12 vitamini çatışmazlığı və depressiya psevdomensiya ilə əlaqələndirilir – Elm adamları yeni məlumatlar təqdim ediblər
06.02.2024 15:24

Sinir sistemi üçün vacib olan bu vitaminin çatışmazlığı və depressiya ilə əlaqəli psixi problemlər xəstələrdə idrak funksiyasının və yaddaşın pisləşməsinə birlikdə kömək edə bilər.

Aztibb.az “SM.News” xəbər agentliyinə istinadən yazır ki, alimlərin qənaətinə görə, B12 vitamini çatışmazlığı və depressiya demensiyanın simptomlarını təqlid edən, lakin onun səbəbi olmayan psevdomensiyanın (bütün bilik və bacarıqların qısamüddətli itirilməsi) inkişafında rol oynayır.

Bir araşdırma B12 vitamini çatışmazlığı olan, xüsusən də depressiyadan əziyyət çəkən xəstələrdə psevdomensiyanın inkişaf riskinin əhəmiyyətli dərəcədə daha çox olduğunu müəyyən edib. B12 vitamini çatışmazlığı həm vegetarianlar, həm də qeyri-vegeterianlar üçün düzgün olmayan pəhriz və vitaminin qidadan mənimsənilməsi ilə bağlı problemlər səbəbindən baş verə bilər. Depressiyaya isə müxtəlif faktorlar, o cümlədən genetik meyllər və stresli vəziyyətlər səbəb ola bilər.

Alimlər vurğulayıblar ki, B12 vitamini çatışmazlığı və depressiyanın vaxtında diaqnostikası və müalicəsi psevdomensiyanın inkişaf riskini əhəmiyyətli dərəcədə azalda və xəstələrin həyat keyfiyyətini yaxşılaşdıra bilər. Bu nəticələr həm də sağlam beyin funksiyasını və yaddaşı qorumaq üçün balanslaşdırılmış pəhriz saxlamağın və psixi sağlamlığa diqqət yetirməyin vacibliyini vurğulayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev