Stress və xroniki yorğunluq qadın libidosunun azalmasına gətirir
06.02.2024 18:50

Yaşla bağlı dəyişikliklər səbəbiylə testosteron səviyyəsinin azalması qadın libidosunun azalmasına səbəb ola bilər.

Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, mama-ginekoloq Daria Kazakova müsahibəsində qadın libidosunun azalması prosesinin baş verməsinin əsas amilləri barədə danışıb. Ekspert qeyd edib ki, bu prosesin inkişafının səbəbi daimi stress, xroniki yorğunluq, özünə inamsızlıq hissi, görünüşündən narazılıq və sevilən insanla münaqişə vəziyyətləri ola bilər.

Ginekoloq onu da bildirib ki, səbəb bədəndə testosteron səviyyəsinin azalması ola bilər ki, bu da əsasən otuz ildən sonra baş verir. Testosteron azaldıqca qadın libidosu da dəyişir. Yaş artdıqca qadınların partnyoruna qarşı cinsi istəklərinin azaldığı qeyd edilir.

Qadınlarda libidonun azalması doğuşdan sonrakı dövrdə də baş verə bilər. Bu, bədəndə estrogen istehsalının azalması ilə əlaqədardır və prolaktin daha çox istehsal olunmağa başlayır ki, bu da qadın cinsiyyət orqanlarında quruluğa səbəb olur. Qadın libidosunun azalmasının səbəbi menopozun başlanğıcı, müxtəlif qadın ginekoloji xəstəlikləri, ürək xəstəlikləri və digər xəstəliklər ola bilər. Mütəxəssis məsləhət görür ki, hər bir insan ehtiyacları fərdi olduğundan cinsi əlaqənin tezliyi barədə narahat olmamalıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev