Yeni koronavirus növü olan 20A.EU1 Avropada sürətlə yayılmağa başlayıb
31.10.2020 22:05

Avropada COVID-19-a yoluxmaların əksəriyyəti keçən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanmış SARS-CoV-2 virusundan deyil, yeni koronavirusdan qaynaqlanır. Yayın əvvəlində ilk dəfə ispan fəhlələri arasında tapılan bu virus tez bir zamanda yayılmağa başlayıb.

Aztibb.az xəbər verir ki, beynəlxalq alimlər qrupu bununla bağlı apardığı tədqiqatların nəticələrini “medrxiv” portalında dərc edib.

Nəzərə çatdırılır ki, İspaniyada COVID-19-un yeni növü iyun ayında aşkarlanıb. Ötən müddət ərzində artıq ölkənin sərhədlərini keçən yeni virus özünü daha çox COVID-19 ilə büruzə verir.

İsveçrədə 40 faiz, İrlandiyada 60 faiz koronavirusa yoluxmaya səbəb olan yeni virus Böyük Britaniyada daha sürətlə yayılır. Adı çəkilən ölkələrdə hər on haldan səkkizində COVID-19 xəstəliyinə səbəb olan yeni virus habelə Norveç, Latviya, Niderland və Fransada da yayılıb.

Məqalədə 20A.EU1 adlandırılan SARS-CoV-2 variantının Avropada böyük sürətlə yayıldığı qeyd olunur. Tədqiqatçılar qrupu virusun insan hüceyrələrinə nüfuz etdiyi zülal birləşməsi vasitəsilə 20A.EU1-də müəyyən bir mutasiyanı təyin etməyə çalışır.

Tədqiqatın rəhbəri, Bazel Universitetinin genetika üzrə mütəxəssisi Emma Xodkorft “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, o, bu günə kimi koronavirusun oxşar dinamikalı variantı ilə qarşılaşmayıb. 20A.EU1 virusu SARS-CoV-2 növündən olanların heç birinə bənzəmir. Bununla yanaşı, sözügedən koronavirusun məhz mutasiya səbəbindən sürətlə yayılması sübut olunmayıb.

“20A.EU1-in dinamikası baxımından aydın görünür ki, bu virusun sonradan daha çox yayılmasının qarşısını almaq üçün cari ilin yayında görülən tədbirlər yetərsiz olub”, - deyə Xodkoroft izah edib.

Alimlər belə qənaətdədilər ki, virusun geniş yayılmasına istirahət edənlərin “riskli davranışı” səbəb olub.

Nəticədə Almaniyada noyabrın 2-dən ayın sonuna qədər koronavirus infeksiyasının pandemiyası ilə bağlı “məhdud karantin” rejimi tətbiq olunub.

Fransa Prezidenti Emmanuel Makron da ölkənin bütün ərazisində oktyabrın 30-dan dekabrın 1-dək davam edəcək özünütəcrid rejimi tətbiq edib.

ÜST-ün məlumatına görə, dünyada 43,7 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb, 1,16 milyondan çox insan isə həyatını itirib.

Con Hopkins Universitetinin hesablamalarına görə, koronavirusa yoluxan ölkələr arasında ən yüksək göstərici Amerika Birləşmiş Ştatlarında, daha sonra isə Hindistan və Braziliyada qeydə alınıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib