Qadınlarda otoimmün xəstəliklərin daha çox görülməsinin səbəbi X xromosomu ola bilər - TƏDQİQAT
07.02.2024 11:30

Alimlər müəyyən ediblər ki, immun sisteminin öz hüceyrələrinə, toxumalarına və ya orqanlarına hücum etdiyi otoimmün xəstəliklərin qadınlarda daha çox rast gəlinməsinin səbəbi X xromosomunu sıxışdıran "Xist" RNT ola bilər.

Aztibb.az xəbər verir ki, “Cell” jurnalının məlumatına görə, alimlər ABŞ-da aparılan çoxmillətli araşdırmada otoimmün xəstəliklərin genetik səbəblərini tədqiq ediblər.

Tədqiqatçılar qadınlarda bədəndə ən çox zülal istehsalı ilə bağlı məlumat daşıyan iki X cinsi xromosom olduğu üçün X cütündən birindəki məlumatın "Xist" adlı RNT zəncirinin sayəsində sıxıldığını bildiriblər.

Alimlər otoimmün xəstəliklərdə təsirli olan bir çox zülalın da "Xist"ə bu funksiyaları yatırmağa kömək etdiyini təyin ediblər və zülalın fəaliyyətini laboratoriyada araşdırıblar.

Elm adamları siçanlar üzərində sınaqdan sonra kişilərin qadınlara nisbətən daha çox otoimmün xəstəliklərə sahib olduğunu bildiriblər.

Siçanlarla sınaqdan əldə edilən nəticələrin insanlara uyğunlaşdırmaq üçün tədqiqatçılar 17 nəfərdən ibarət nəzarət qrupuna əlavə olaraq dermatomiyozit, sistemik skleroz və lupus olan 100-dən çox donordan alınan qan nümunələrini araşdırıblar, lupus və digər otoimmün xəstəlikləri olan insanların yüksək səviyyələrə sahib olduğunu müəyyən ediblər.

Tədqiqatın müəlliflərindən biri olan Hauvard Çanq bədəndə hər gün baş verən normal hüceyrə ölümü zamanı bir çox birləşmənin qan dövranına salındığını və bu "hüceyrə qalığının" qadınlarda daha çox “Xist” və əlaqəli zülalları ehtiva etdiyini vurğulaıb.

O, qeyd edib ki, immun hüceyrələr "Xist"molekulunu və onun bağlandığı zülalları bədən üçün zərərli kimi qeyd etdikdə otoimmün xəstəliklər baş verir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev