Professor: Erkən diaqnozla düz bağırsaq xərçənginin qarşısını almaq olar
06.02.2024 11:49

Güven Xəstəxanası Ümumi Cərrahiyə şöbəsindən professor Bülent Cavit Yüksel bildirib ki, mütərəqqi cərrahi üsullar və kompetensiya mərkəzlərində aparılan əməliyyatlar sayəsində xəstələrin çoxu daimi kolostomiyadan xilas ola bilir.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bağırsaq xərçənginin az qala yüzdə 90-ı 50 yaşdan yuxarı şəxslərdə görülsə də, son illərdə 50 yaşın altındakı xəstələrin sayının artması diqqət çəkir.

Açıq, laparoskopik və robotik cərrahiyyə kimi üsullarla yanaşı, TaTME və intersfinkterik rezeksiya kimi çətin texnikaların istifadəsi müalicənin müvəffəqiyyətini artırır. Düz bağırsağın orqanizm üçün kritik funksiyası olan nəcisin saxlanması və xaric edilməsi proseslərini yerinə yetirdiyini deyən profesor bu xərçəng növünün daha çox poliplərdən qaynaqlandığını, kolonoskopiya kimi endoskopik üsullarla erkən mərhələdə aşkar edilərsə, şişin çıxarıla biləcəyini qeyd edib.

Düz bağırsağın xərçənginin qanla uzaq orqanlara, limfa yolu ilə birbaşa qonşu orqanlara və ya bağırsaq divarını və qarın pərdəsinə keçə biləcəyini qeyd edən ekspert, ailəsində kolon-rektum xərçəngi və ya iltihablı bağırsaq xəstəliyi olan şəxslərin daha yüksək risk altında olduğunu vurğulayıb. Xəstəliyin əlamətləri arasında qanlı defekasiya, defekasiya vərdişlərində dəyişiklik, qarın ağrısı, həddindən artıq qaz və şişkinlik kimi simptomlar var. Rektal müayinədə kolonoskopiya və biopsiya kimi üsullar böyük əhəmiyyət kəsb edir.

Həkim son 20 ildə rektum xərçənginin müalicəsində əhəmiyyətli irəliləyişlərin olduğunu bildirib. Multidisiplinar bir yanaşma ilə cərrahiyyə, tibbi onkologiya, radiologiya və radiasiya onkologiyası sahələrində əldə edilən irəliləyişlərə diqqət çəkən ekspert, şişlərin azaldılması və orqan qoruyucu üsulların, xüsusilə kimya-şüa terapiyası ilə inkişaf etdirilməsinin müalicə seçimlərində əhəmiyyətli yer tutduğunu söyləyib və son illərdəki inqilabi transformasiyanın daimi kolostomiya ehtiyacının azaldılması istiqamətində olduğunu qeyd edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev